Xəbərlər
65 illik yubiley münasibətilə səmimi təbrik

65 illik yubiley münasibətilə səmimi təbrik
ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən Gəncə şəhəri 50 nömrəli körpələr evi-uşaq bağçasının müəllimi Əhmədova Afət Əli qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Yubilyar Komitəyə dəvət olunaraq ürəkdən təbrik edilib, ona təşəkkürnamə, hədiyyə və gül buketi təqdim olunub. Əziz Afət xanımı 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və uğurlar arzulayırıq.
65 yaşını tamamlayan ittifaq üzvləri ilə görüş keçirilib

65 yaşını tamamlayan ittifaq üzvləri ilə görüş keçirilib
ETİHİ Gəncə Şəhər Komitəsinin rəhbərliyi tərəfindən Gəncə şəhər 2 nömrəli tam orta məktəbin 65 yaşını tamamlayan ittifaq üzvləri ilə görüş keçirilib.
Görüş zamanı yubilyarlara hədiyyələr, gül buketləri və təşəkkürnamələr təqdim olunub, onlara uzun ömür, möhkəm cansağlığı, ailə rifahı və həyatlarının hər yeni ilində gözəl uğurlar arzulanıb.
65 illik yubiley münasibətilə görüş keçirilib

65 illik yubiley münasibətilə görüş keçirilib
ETİHİ Gəncə Şəhər Komitəsinin rəhbərliyi tərəfindən Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin müəllimi İbrahimova Sevinc Hüseyn qızı və Qurbanova Mətanət Kərəm qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüş zamanı yubilyarlara uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə gül buketi, təşəkkürnamə və hədiyyələr təqdim olunub, onlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib
ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə 25 nömrəli tam orta məktəbdə 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional Şöbəsinin baş məsləhətçisi, əmək müfəttişi Ağayev Zaur Xələddin oğlu və məsləhətçi, əmək müfəttişi Verdiyeva İlahə Gəray qızı iştirak ediblər.
Tədbirdə layiqli əməyin əsas prinsipləri, əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, işçilərin əmək hüquq və təminatları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbirlər Gəncə şəhəri üzrə digər təhsil müəssisələrində də davam etdirilir.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Gəncədə təntənəli tədbir keçirilib

5 Oktyabr – Müəllimlər Günü münasibətilə Gəncədə təntənəli tədbir keçirilib
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Gəncə şəhərində təntənəli tədbir keçirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, ETİHİ Gəncə Şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə təhsil sahəsində çalışan müəllim və digər təhsil işçiləri iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə müəllimlik peşəsinin cəmiyyətin inkişafında mühüm rolu vurğulanıb, təhsil işçilərinin fədakar və məsuliyyətli əməyinə yüksək qiymət verilib. Çıxışlarda müəllimlərin gənc nəslin təlim-tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi rolu qeyd olunub. Müəllimlər Günü münasibətilə təşkil olunan tədbirdə təhsil işçilərinə xoş arzular çatdırılıb.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə görüş keçirilib

5 Oktyabr – Müəllimlər Günü münasibətilə görüş keçirilib
ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhərinin ucqar ərazilərindən olan Hacıkənd qəsəbəsində fəaliyyət göstərən 35 nömrəli tam orta məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova da iştirak edib.
Görüş zamanı fərqlənən iki müəllimə təşəkkürnamə, hədiyyə və gül buketi təqdim olunub. Digər müəllimlər isə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə qızılgül ilə təbrik ediliblər.
64 yaşınız mübarək!

64 yaşınız mübarək!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi Mirzəyev Rauf Bəhram oğlunu 64 yaşının tamam olması münasibətilə səmimi-qəlbdən təbrik edir.
Rauf müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayırıq. Hər zaman xoş günlər, yüksək əhval-ruhiyyə və yeni nailiyyətlər diləyirik.
65 illik yubiley münasibətilə təbrik

65 illik yubiley münasibətilə təbrik
ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən Gəncə şəhər 6 nömrəli tam orta məktəbin əməkdaşı Hüseynova Mahirə Əhməd qızının 65 illik yubileyi münasibətilə görüş keçirilmişdir. Görüş zamanı Mahirə xanımın təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, əməyə bağlılığı və kollektivdə qazandığı hörmət xüsusi qeyd edilmişdir.
Yubiley münasibətilə Mahirə xanıma hədiyyə, gül buketi və təşəkkürnamə təqdim olunmuş, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanmışdır. 65 illik yubileyiniz mübarək olsun!
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib

Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar ETİHİ Gəncə Şəhər Komitəsinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.
Şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz fədakarlıq və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların əziz xatirəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq!
65 YAŞ YUBİLEYİ MÜNASİBƏTİLƏ

65 YAŞ YUBİLEYİ MÜNASİBƏTİLƏ
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mühasibi Əsgərova Ehtibar Müseyib qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüş zamanı Əsgərova Eytibar Müseyib qızı yubileyi münasibətilə təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb. Yubilyara ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən hədiyyə, gül buketi və təşəkkürnamə təqdim olunub.
65 YAŞ YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK

65 YAŞ YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK
ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhəri 33 nömrəli tam orta məktəbin texniki işçisi Əsgərova Saide xanımın 65 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Əsgərova Saide xanımın əmək fəaliyyəti və kollektivdəki xidmətləri qeyd olunub.
Yubilyara ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən hədiyyə, gül buketi və təşəkkürnamə təqdim edilib. Görüş iştirakçıları Əsgərova Saide xanımı yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıblar.
65 yaşınız mübarək, Xatirə müəllimə

65 yaşınız mübarək, Xatirə müəllimə
ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 42 nömrəli tam orta məktəbdə 65 yaşı tamam olan müəllimə Salahova Xatirə Zahid qızı ilə görüş keçirilib. Görüş zamanı Xatirə müəllimənin uzunillik pedaqoji fəaliyyəti və təhsil sahəsində göstərdiyi xidmətlər qeyd olunub. Yubiley münasibətilə ona hədiyyə, gül buketi və təşəkkürnamə təqdim edilib.
ETİHİ Gəncə Şəhər Komitəsi adından Xatirə müəlliməni 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, xoş günlər arzulayırıq.


